Siyasət 20:20 04.10.2018

Putin Sankt-Peterburqu keçmiş bakılıya tapşırdı

Aleksandr Dmitriyeviç Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub

Rusiya prezidenti Vladimir Putin Aleksandr Beqlova müvəqqəti olaraq Sankt-Peterburq qubernatoru vəzifəsini icra etməyi tapşırıb.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadla xəbər verir ki,  Putin bu qərarı Beqlov və Peterburqun bir müddət əvvəl istefaya göndərilən qubernatoru Georgi Poltavçenko ilə  üçtərəfli görüşü zamanı verilib. Putin Beqlova seçkidə Sankt-Peterburq qubernatoru vəzifəsi uğrunda mübarizə aparıb-aparmayacağını da müəyyənləşdirməyi təklif edib.

Buna qədər Beqlov Şimal-Qərb federal dairəsində Rusiya Federasiyasının prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.

Aleksandr Dmitriyeviç Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya Müharibəsinin iştirakçısıdır. Maraqlıdır ki, keçmiş qubernator Georgi Poltavçenko da Bakıda doğulub.

Beqlov qubernator postunu 2019-cu ilin sentyabrına kimi tutacaq. Gələn ilin sentyabrında qubernator seçkiləri keçiriləcək.