Siyasət 23:35 25.04.2018

Putin Sarkisyana zəng vurdu

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Armen Sarkisyanla telefon söhbətində Ermənistandakı mövcud vəziyyəti müzakirə edib.

Qaynarinfo xarici mediyaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistandakı mövcud vəziyyət müzakirə olundu. Vladimir Putin və Armen Sarkisyan daxili böhranı ən qısa zamanda aradan qaldırmaq üçün bu ölkədəki bütün siyasi qüvvələrin dözümlülük və məsuliyyət nümayiş etdirməsini, konstruktiv dialoq yolu ilə mövcud problemləri həll etməyə hazır olmalarının vacibliyini vurğulayıblar", - deyə məlumatda qeyd olunub.