Dünya 13:56 03.09.2017

Putin: Süni intellekt sahəsində lider ölkə dünyanı idarə edəcək

Rusiya prezidenti Vladimir Putin Yaroslavlda yerləşən məktəbdə çıxış edib və diqqətçəkən fikirlərlə yadda qalıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Putin "Süni intellekt təkcə Rusiyanın yox, dünyanın gələcəyidir. Bu sahədə çox böyük imkanlar, həmçinin görülməyən təhlükələr də var. Bu sahədə lider olan ölkə dünyanı idarə edəcək. Lider olsaq, istehsal etdiyimiz texnologiyanı dünya ilə paylaşacağıq. Hazırda atom və nüvə texnologiyasını başqa ölkələrlə paylaşdığımız kimi" fikirlərini səsləndirib.

Qeyd edək ki, özünü öyrənə bilən, düşünə və hərəkətə keçə bilən robot texnologiyası olan süni intellekt hazırda bir çox sahələrdə, tibbdə, hərbidə istifadə olunur və dünyanın gələcəyi hesab edilir. Lakin son dövrlərdə bu sahədə çalışan mütəxəssislər dünyaya xəbərdarlıq edərək süni intellektin gələcəkdə çox böyük təhlükə mənbəyi olacağını deyir. 

Gülşən

Qaynarinfo.Az