Siyasət 19:56 04.06.2013

Putin Türkiyədə baş verənlərdən danışdı

Rusiya prezidenti Vladimir Putin Türkiyədə baş verən hadisələrə münasibət bildirib.

APA-nın “nakanune.ru” saytına istinadən verdiyi məlumata görə, V. Putin ümid etdiyini bildirib ki, Türkiyə hökuməti problemi yoluna qoya biləcək: “Biz düşünürük ki, Türkiyə rəhbərliyi müxalifətlə, vətəndaş cəmiyyəti ilə dialoq nəticəsində bu gün küçələrdə qaldırılan bütün mürəkkəb məsələlərin həllini tapmağa nail olacaq. Etiraz aksiyalarının legitim formata – insanların bir-birini eşidəcəyi dialoq müstəvisinə keçməsi lazımdır”.

V. Putin Rusiyanın Türkiyə ilə çox yüksək səviyyəli mehriban münasibətlərə malik olduğunu da vurğulayıb.

Qaynar.info