Xəbər lenti

Putin vəzifəsinə başladı, Rusiya hökuməti istefa verdi (YENİLƏNİB)
Dünya 14:18 07.05.2024

Putin vəzifəsinə başladı, Rusiya hökuməti istefa verdi (YENİLƏNİB)

Rusiya Federasiyasının hökuməti Rusiya prezidenti Vladimir Putinin vəzifəyə başlaması ilə əlaqədar istefa verib. Müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Bu barədə Qaynarinfo "Meduza”ya istinadən xəbər verir.

Qanuna uyğun olaraq, yaxın günlərdə Putin Dövlət Dumasına yeni baş nazirin namizədliyini təqdim edəcək. Onun kim olacağı hələlik bəlli deyil. Namizədin təsdiqlənəcəyi Dumanın iclası mayın 10-na təyin edilib.

Yeni baş nazirin təsdiqinə qədər, əvvəlki hökumətin bütün tərkibi fəaliyyətə davam edəcək.

Duma tərəfindən təsdiqləndikdən sonra bir həftə ərzində yeni baş nazir yeni hökumətin strukturu ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.

"Meduza”nın mənbələrinə görə, Mixail Mişustin, demək olar ki, baş nazir postunu qoruyub saxlayacaq. Eyni zamanda, Mişustini Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko və ya Moskva meri Sergey Sobyaninin əvəzləyəcəyi ilə bağlı xəbərlər var.

Nizami Bağırov

13.22
 
Vladimir Putin rəsmi olaraq altı illik müddətə Rusiya Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib.

Dövlət başçısı vəzifəsinin icrasına başladığı elan edildikdən sonra çıxış etməlidir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->