İdman 11:13 16.07.2018

Putindən DÇ azarkeşlərinə şad xəbər

Ötən gün Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı yekunlaşdı.

Qaynarinfo xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsində futbol matçlarını izləmək üçün gələnlərə il sonuna qədər viza tətbiq edilməyəcəyini açıqlayıb. 

Ölkə "DÇ-2018" oyunlarını izləmək üçün gələn şəxslərə viza tətbiqini ləğv etmişdi. Azarkeşlər "Fun ID" adlı şəxsiyyət vəsiqəsi alaraq ölkəyə daxil olan və tərk edən zaman bu kartı hava limanında istifadə ediblər.

Gülşən