Dünya 16:07 16.11.2013

Putindən miqrasiya ilə bağlı yeni sərəncam

Soçi şəhərində Qış Olimpia Oyunları ilə bağlı miqrasiya rejimi sərtləşdirilir

Region  2014-cü ildə Qış Olimpiadası keçirilən müddətdə Soçi şəhərində miqrasiya rejimi sərtləşdiriləcək. Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Rusiya prezidenti Vlaвimir Putin xüsusi sərəncam imzalayıb. 

Sərəncama görə, Soçiyə müvəqqəti və daimi yaşamaq üçün gələcək ruslar 3 gündən gec olmayaraq qeydiyyatdan keçməlidirlər. Bu qərar mehmanxana, sanatoriya, istirahət evi, pansionat, turbaza və xəstəxanalarda yerləşdirilən şəxslərə şamil olunmayacaq. 

Olimpiadada iştirak etməyəcək xarici vətəndaşlar isə 30 sutka müddətində qeydiyyata alınacaqlar. Yeni qayda 2014-cü ilin yanvarın 7-dən martın 21-dək qüvvədə olacaq. Qeyd edək ki, Soçi Qış Olimpiadası fevralın 7-dən fevralın 23-dək keçiriləcək.

Qaynar.info