Dünya 22:48 06.09.2013

Putindən sensasion bəyanat - MÜHARİBƏ HƏDƏSİ

“Suriya hücuma məruz qalarsa, Rusiya bu ölkəyə kömək göstərəcək”

“Rusiya indi olduğu kimi, silah göndərməklə və iqtisadi sahədə əməkdaşlıq etməklə Suriya ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

V. Putin “Suriyaya hərbi zərbə endirilərsə, Rusiya bu ölkəyə yardım edəcəkmi”, sualını belə cavablandırıb: “Bəli, kömək edəcəyik. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır durumda qalmış mülki əhaliyə humanitar yardımlar göstəriləcək”.

Qaynar.info