Dünya 12:45 17.04.2013

Putinin də gizli videosu yayıldı (VİDEO)

Rusiya prezidenti məmurları hədələdi.

Rusiya prezidenti Vladimir Putin Kalmıkiyada nazirlərlə qapalı toplantı keçirib. O, nazirlər kabineti istefaya göndərmək haqqında fikirlər səsləndirib. Anspress-in verdiyi məlumata görə, qapalı iclasdan video yayılıb. 

Elistada nazirlər və qubernatorlarla keçirilən toplantı qəzalı və köhnə evlərdə olan əhalinin yerləşdirilməsinə həsr edilib. Sonda Putin kameranı söndürməyi tapşırıb. Lakin gizlin çəkiliş davam edib. Videonun bu hissəsində hökumət nümayəndələrini və regionların rəhbərlərini onun seçkiqabağı vədlərinə daxil olan may əmrlərini ləng yerinə yetirdikləri üçün sərt tənqid edib. 

O, deyib ki, əgər onlar vəziyyəti düzəltməsələr, onlarla vidalaşmalı olacaq. 

Məlumata görə, mətbuatın yanında müvafiq proqramların vaxtında yerinə yetirilməməsinə görə, region rəhbərlərini yumşaq formada tənqid etmişdisə də, jurnalistlər gedəndən sonra Putin əsl tənqidə keçib. 

O, deyib ki, may əmrləri xüsusi nəzarətdə olmalıdır.

Qaynar.info