Dünya 11:33 19.08.2018

Putinin gəlinlə rəqsi, Merkellə görüşü, Trampın sualı...

"Avropa İttifaqının Rusiyaya qarşı qəribə sanksiya siyasəti var. Avropa bir tərəfdən Krımın işğalına və Donbass separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiya tətbiq edir, o biri tərəfdən də Rusiya prezidenti Vladimir Putini ölkələrinə dəvət etməyə başlayıblar. Bu gün Putin Avstriya xarici işlər nazirinin toyunda gəlinlə rəqs edirdi. Kreml sahibi ordan da başqa məkana - Berlində kansler Angella Merkellə görüşə tələsirdi".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.



Ekspert bildirib ki, ABŞ prezidenti Donald Tramp NATO baş katibi ilə bağlı sualı haqlı idi: 

"ABŞ prezidenti Donald Tramp nə qədər ağlasığmaz siyasət yürütsə də, NATO baş katibi ilə görüşdə verdiyi sualda haqlı idi: "Amerkanın Avropanı Rusiyadan qorumasını tələb edirsiz, o biri tərəfdən də bizim çətirimiz altında Rusiyadan qaz alışınının həcmini artırırsınız. Bunu necə başa düşək?” NATO baş katibi nəsə mırıldadı, ancaq məntiqi cavab verə bilmədi".