Dünya 17:58 22.11.2019

Putinin nümayəndəsi: “Zelenski Krımın qaytarılması üçün plan hazırlayır”

Ukrayna lideri Vladimir Zelenskinin komandası Krımı Ukraynaya qaytarmaq üçün strateji plan hazırlayır.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin Krımdakı nümayəndəsi Anton Korineviç deyib.

"Heç kim Krımla bağlı mövqeyindən geri çəkilmək fikrində deyil. Biz əminik ki, Krım bizimdir. Başqa bir mövqe ola da bilməz”, - Korineviç vurğulayıb.

O qeyd edib ki, Vladimir Zelenski Krımı geri qaytarmaq üçün komandası qarşısında diplomatik yollar tapmaq vəzifəsini qoyub.

Bunlar ilk növbədə ədalətli keçid prosesinin işlənib-hazırlanması və Krım sakinlərinin yenidən Ukraynaya inteqrasiyası ilə bağlıdır.

Ukrayna hökuməti Krım məsələsinin həm daxili, həm də beynəlxalq səviyyədə gündəmdən çıxmaması üçün hər şeyi etməyi planlaşdırır.

"Əlbəttə ki, Rusiya Federasiyasının başçısı beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin dəyərlərinin nə olduğunu başa düşən bir adam olmasaydı, bunu etmək daha asan olardı”, - Korineviç deyib.

Qeyd edək ki, Rusiyada Ukrayna lideri Vladimir Zelenskinin Krımın geri qaytarılması ilə bağlı dediklərinə cavab olaraq bunun yalnız Rusiya Federasiyası mövcud olmadığı vaxt mümkün ola biləcəyini deyiblər.

Alpər