Dünya 17:56 03.03.2014

Putinin planı iflasa uğradı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı planlarının iflasa uğradığını deyib.

“Axar.az” xəbər verir ki, Parubiy Rusiya prezidentinin beynəlxalq ictimaiyyətlə üz-üzə qaldığını bildirib.

 “Mən əminəm ki, Rusiyanın hazırladığı plan iflasa uğradı, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini saxlayacağımıza da tam əminəm. Bütün dünya Ukraynanın tərəfindədir. Putin Ukrayna üzərində tam qələbə çalacağı ilə bağlı möhtəşəm plan hazırlamışdı, amma özü beynəlxalq təcridlə üz-üzə qaldı”, - deyə Parubiy bildirib. 

Qaynar.info