Ekonomiks 11:43 13.04.2013

Putinin sərvəti ortaya çıxdı

Rusiya prezidenti Vladimir Putin illik gəlirini və var-dövlətini açıqlayıb. 

Qaynar.info-nun məlumatına görə, Rusiya prezidentinin rəsmi internet səhifəsində yer alan açıqlamada Putinin 2012-ci ildəki gəliri 5 milyon 790 min rubl (190 min dollar) olub. 

Rusiya prezidentinin 154 və 78 kvadratmetrlik iki evi, Moskva ətrafında 1500 kv metrlik ərazisi, Sovet istehsalı olan "Qaz M-21", "Qaz M-21-P" və "Niva" markalı avtomobillərinin olduğu bildirilib. 

Putinin həyat yoldaşı Lyudmila Putinanın isə illik gəliri 121 min 400 rubl (4 min dollar) olaraq açıqlanıb. 

Qaynar.info