Dünya 14:15 23.04.2013

Putinin VİP qoyunları - FOTOLAR

Türkiyəli fermer Rusiyadan xüsusi yetişdirilmiş "Romanov" cinsli qoyunları ölkəyə gətirib. 

Qaynar.info-nun məlumatına görə, izmirli fermer Cem Aykaplana bu qoyunları Rusiyadan gətirtmək heç də asan olmayıb. Fermer bu qoyunları gətirmək üçün Rusiya prezidenti Vladimir Putindən xüsusi icazə alıb. 

Soyuğa və istiyə dözümlü olan, bir dəfədə 5-6 bala doğan "Romanov" cinsli qoyunları Türkiyəyə gətirmək üçün Aykaplan 9 ay gözləməli olub: "Rusiyadan "Romanov" qoyunları gətirdik. Hər iqlimə adaptasiyaları çox yüksəkdir. Onları mənfi 40 dərəcədənç gətirdik, burda isə müsbət 30 dərəcə var. Fermerimizdə təhlükəsizlik yüksək səviyyədədir. Buranı 60 kamera, 4 əməkdaş və 20-yə qədər it qoruyur. Rusiya ilə hər hansı müqaviləmiz olmadığından bu qoyunlar ancaq Putinin şəxsi icazəsi ilə ölkədən çıxarılır".

Qaynar.info