Dünya 23:14 13.02.2018

Putinlə bağlı yalan danışan nazir istefa verməli oldu

Niderlandın xarici işlər naziri Halbe Zeylstra vəzifəsindən istefa verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nazirin istefa verməsinə Rusiya prezidenti Vladimir Putinlə bağlı yalan danışması səbəb olub.

Millət vəkilləri qarşısında çıxış edən Zeylstr bildirib ki,  "Mən yalnış qərar vermişəm... İstefa veməkdən başqa heç bir variantım yoxdur" 

Qeyd edək ki, XİN rəhbəri çıxışlarında 2006-cı ildə Putinlə görüşdüyünü bildirmişdi. Onun iddiasına görə, guya həmin görüşdə Putin bəyan edib ki, Belarusu, Ukraynanı və Pribaltikanı Böyük Rusiyanın bir hissəsi kimi görür. Sonradan nazirin yalan danışdığı məlum olub. 49 yaşlı nazir səhvini etiraf edib və bu səbəbdən istefa verdiyi elan edib.