Video 23:08 16.07.2018

Putinlə Trampın mətbuat konfransında jurnalistə zor tətbiq edildi (VİDEO)

Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın mətbuat konfransından öncə suriyalı jurnalist nüvə silahının qadağan edilməsi tələbi yazılan kağızı qaldırmağa cəhd göstərib.

Oxu.Az xəbər verir ki, mühafizə xidməti buna imkan verməyib və o, salondan kənarlaşdırılıb.

Lakin jurnalist yenidən qayıdıb və bu zaman qarşıdurma yaranıb. Daha sonra media nümayəndəsini təhlükəsizlik xidmətinin əməkdaşları salondan uzaqlaşdırıb.