Dünya 13:31 17.03.2018

Putunin cavabı: Rusiya 23 ingilis diplomatı qovur

Rusiya xarici işlər nazirliyi 23 ingilis diplomata ölkəni tərk etmək üçün 1 həftə vaxt verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, nazirliyin məlumatında Böyük Britaniyanın Moskvadakı səfirliyinin 23 işçisinin "persona non-qrata" elan olunduğu qeyd edilib. 

Daha əvvəl İngiltərə 23 rus diplomatın deportasiyası barədə qərar vermişdi.

Qeyd edək ki, İngiltərənin Solsberi şəhərində sabiq rus agenti Sergey Skripalın zəhərlənməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib. İngiltərə Rusiyanı Skripala sui-qəsd təşkil etməkdə ittiham edir.

Gülşən