Sənət 11:56 18.10.2017

Qaçqın düşərgəsindən Hollivud səhnəsinə (FOTOLAR)

Suriyada miqrant düşərgəsində doğulan Vivian Nouri Hollivuda doğru addım atıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1991-ci ildə Körfəz müharibəsi zamanı Nourinin ailəsi Suriyaya sığınıb və o 1993-cü ildə burada doğulub. Ailə 1995-ci ildə Yeni Zellandiyadan sığınacaq alıb və Vivian gənc yaşlanrından musiqi ilə məşğul olmağa başlayıb. 15-16 yaşların Yeni Zellandiya prezidentinin də iştirak etdiyi tədbirdə mahnı oxuyaraq diqqətləri çəkib. Komputer mühəndisliyi fakültəsini yarımçıq qoyaraq Los Ancelesə gedən müğənni qısa müddət ərzində prodüserlərin diqqətinə səbəb olub. Prodüser Brian Kennedi ilə işləmək şansı qazanan müğənninin "Daddy's Home 2" filmi üçün səsləndirdiyi mahnı böyük marağa səbəb olub və onun daha böyük uğurlar əldə edəcəyi proqnozlaşdırılır.




Gülşən

Qaynarinfo.Az