Maqazin 11:28 15.07.2015

Qadın futbolçu sevdiyi qızla evləndi - FOTOLAR

Dünya qadın futbolunda "zəlzələ" yaşanır. Kanadanın qadınlardan ibarət yığma komandasının və ABŞ-ın "Hyuston Deş" klubunun kapitanı Erin MakLeod yarımmüdafiəçi Ella Masarla evlənib.

Milli.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Kanadada keçirilmiş dünya çempionatında ev sahibinin yığmasının 1/4 finala çıxmasında müstəsna rol oynamış 23 yaşlı Erin toy fotolarını "Instagram"da paylaşandan sonra sərt tənqid olunub.

"Yubkalı Zidan" adlandırılan Masarın da futbolçunun lezbiyan olması və cinsi mənsubiyyətini gizlətməməsi, üstəlik də sevdiyi qızla münasibətlərini rəsmiləşdirməsi birmənalı qarşılanmayıb.

Amerikalı Ella Masar tənqidlərə fikir vermədiyini, Erin MakLeodu çox sevdiyini və "bəxtəvər ailə olacaqlarına şübhə etmədiyini" İnstagram-dakı profilində yazıb.

MakLeod və Masar eyni cinslər arasında nikahların 2005-ci ildə leqallaşdırıldığı Kanadada evləniblər.

Qaynar.info