İdman 22:27 02.10.2018

Qadın şahmatçılarımız Gürcüstanı məğlub etdi

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb. 
Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.