Maqazin 18:40 30.01.2015

Qadın özünü "eBay"da satışa çıxardı - FOTO

İngilis qadın ər tapmaq üçün özünü internetdə satışa çıxarıb. Anspress-in məlumatına görə, 49 yaşlı Lois Körtis adlı qadın "eBay" onlayn ticarət saytında özünü satışa qoyub. 

Qadın arzularındakı kişini tapmaq üçün saytda öz şəkillərini də yerləşdirib. İki uşaq anası Körtis qısa zaman ərzində bütün İngiltərədə və sosial mediada məşhurlaşa bilsə də, cəmi iki istifadəçidən təklif alıb.

"Mən yaraşıqlı yunan bir kişi arzulayırdım" deyən qadın elə elanı da bir yunan dostunun təklifi ilə etidiyni bildirib. Lakin 12 saat ərzində yalnız Avstraliya və Puerto-Rikodan təklif alıb. Qiyməti isə cəımi 205 funt sterlinqə qədər yüksələ bildiyi üçün 12 saat sonra elanı saytdan götürüb.

Bununla belə, Körtis özü ölkənin hər tərəfindən onlarla təklif aldığını deyib.

Qaynar.info