Dünya 09:57 27.06.2013

Qadının başına buğa düşdü

O, ağır yaralıdır

Türkiyənin Ağrı vilayətində fermaların birində qəribə hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 54 yaşlı qadın fermaların birində inək sağarkən bədbəxt hadisə ilə üzləşib. Belə ki, Hayal Baş inək sağarkən damda gəzən buğa onun başına düşüb. Qadın ölümcül yaralanıb. 

Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirir.


Qaynar.info