Sağlamlıq 18:50 05.12.2019

Qadınlar bunlardan müntəzəm istifadə etməklə xərçəngə doğru gedir

Boyalar və kimyəvi saç düzləyiciləri döş xərçənginin inkişaf riskini artırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "International Journal of Cancer” (Beynəlxalq Xərçəng Jurnalı) məqalə dərc edib.

Milli Səhiyyə İnstitutunun alimləri 2003-2009-cu illərdə ətraf mühitin və genlərin döş xərçənginin inkişafına təsirini öyrənən Sister Study-də iştirak edən 35-74 yaş arası 46 mindən çox qadının məlumatlarını təhlil edib. Bütün iştirakçılar bu araşdırmalar başlanan vaxt sağlam olan, bacıları isə bu xəstəlik diaqnozu qoyulmuş qadınlardan seçilib.

Araşdırma nəticəsində saç boyasından müntəzəm istifadə edən qadınlarda xərçəngin yaranma ehtimalının istifadə etməyənlərə nisbətən 9% daha yüksək olduğu ortaya çıxıb. Alimlər bunu endokrin sistemini, həmçinin kanserogenləri məhv edən maddələrin boyalarda olması ilə izah ediblər.
Saç rəngini müvəqqəti dəyişdirən vasitələr üçün bu cür risklərin müəyyən edilmədiyi qeyd olunur.
”Biz saç boyasının istifadəsi ilə əlaqəli olan döş xərçənginin inkişaf riskini açıq şəkildə görürük”, - tədqiqat rəhbəri Aleksandra Vayten deyib.

Tədqiqatçılar hər beş-səkkiz həftədə kimyəvi saç düzləyicilərindən istifadə edənlərdə xəstəliyin yaranma riskini onlardan heç istifadə etməyənlərlə müqayisədə 30% çox olduğunu təsbit edib.

Hər iki halda, qadınlar boya və ya düzləyicidən nə qədər çox istifadə etsələr, risk daha çox olur.
Alimlər qeyd etdikləri nəticələrin ilkin olduğunu və digər amillərin təsirini də nəzərə almaq gərəkdiyini bildiriblər.