Türkiyədə mafiyanın dəhşətli cəzalandırma üsulu ilə bağlı məlumat vermişdik. Belə ki, bir müddət əvvəl yayılan video görüntüdə bir nəfərin ətək geyinərək öz ayağına atəş açması görünürdü.

Bildirilirdi ki, mafiyanın həbsxanadakı liderlərindən birinin adamı olan T.Z. ad-soyadlı bu şəxs "atasına" xəyanət etdiyi üçün cəzalandırılıb. Oğlana çəhrayı ətək geyindirən mafiya üzvləri onu hədələyərək "Yediyim çörəyə şərəfsizlik etdim" deyizdirir və ayağına aşət açmağa məcbur edilir.

"Qaynarinfo" xəbər verir ki, həmin hadisə ilə bağlı sirrlər ortaya çıxıb. Məlumata görə, T.Z-nı cəzalandıranlar uzun illərdir həbsxanada olan Alaattin Çakıcının adamlarıdır. 

İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları aydınlaşdırıb ki, cəzalandırılan şəxs Alaattin Çakıcının sosial media və Erzincan üzrə təmsilçisidir. Cəzalandırılmasına səbəb isə qadınlarla bağlı yazdığı ağır sözlər olub.

"Cinayətkar qruplaşmanın lideri Alaattin Çakıcının Erzincan təmsilçisi olan bu adam sosial mediada qadınlar haqqında həddini aşan paylaşımlar etdiyi üçün cəzalandırılıb" deyə bildirilrib.


Qeyd edək ki, Alaatin Çakıcı 1953-cü ilin 20 yanvarında Trabzonun Fndıqlı kəndində dünyaya gəlib. 17 avqust 1998-ci ildə Türkiyə və Avstriya polisinin keçirdiyi birgə əməliyyat zamanı Fransanın Nitsa şəhərində yaxalanıb. Dərin dövlət və Milli İstiparat Təşkilatı ilə əlaqələri üzə çıxan Alaatin Çakıcı uzun illər xaricdə MİT üçün çalışdığını bildirib. Hazırda Bolu həbsxanasında saxlanılır.

Aydın

Qaynarinfo.Az