Foto 16:02 04.01.2018

Qadınlardan ibarət faşist musiqi qrupu kəndliləri ayağa qaldırdı (FOTO/VİDEO)

Fransanın La Salvetat-sur-Agout adlı kəndinin sakinləri bura 2015-ci ildə gələn "Les Brigandes" musiqi qrupunun üzvlərinin kəndi tərk etməsi üçün imza kampaniyasına start veriblər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, radikal sağ qolu təmsil edən və qadınlardan ibarət qrup tez-tez yəhudi, müsəlman, homoseksualları və Papa Fransiskonu hədəf alırlar. 1100 nəfərdən ibarət kənddə imza kampaniyasına start verən Kristof Porpix "Qrupun "Mən faşistəm" adlı mahnıları var. Bu mahnını ifa edən zaman Faşist salamı verir və əllərində "Kalaşnikov" silahları ilə görünürlər. Açdıqları mağazalarda Le Penin yazıları, Hitlerin "Mənim mübarizəm" kitabı satılır" deyərək qrup üzvlərinin kənddə yerləşməsinə görə narazı olduğunu bildirib. 

Məsələyə münasibət bildirən bələdiyyə sədri Tibo Estadyu qrupun təqaüdçülər üçün pulsuz konsert verdiyini, ictimai işlərdə yer aldıqlarını deyərək kənd sakinlərindən onlara qarşı xoş münasibət tələb edib.

Qeyd edək ki, "Les Brigandes"in üzvləri kliplərində maska ilə mahnı ifa edirlər. Onların videolarının "YouTube"da milyonlarla baxış sayı var. 

Gülşən