İspaniya sərhədlərindən Mərakeşə keçişdə əl baqajlarından vergi alınmağı üçün tacirlərin verdiyi kiçik məbləğdə pul qarşılığında hər gün yüzlərlə sərhəddi keçməyə çalışır.

Qaynarinfo xəbər verir ki, İspaniyanın Şimali Afrikadakı torpağı Ceutadan Mərakeşə  yük daşıyan bu qadınlar 15 avro alırlar.

"Hər şey 15 avro üçündür. Sərhəddə taksi ilə getmək 3 avrodur. Bunu versək, bəs ailəmizi necə dolandıracağıq? Bəzən ac-susuz yatmalı oluruq" deyə qadınlardan biri vəziyyəti belə izah edir.

İspaniya ilə Mərakeş arasındakı anlaşmaya əsasən insan tərəfindən daşınan yüklər əl baqajı hesab edilir və vergiyə cəlb olunmur. Tacirlər də bu vəziyyətdən istifadə edirək yüklərini insan qüvvəsinin imkanlarından istifadə edərək daşımağa çalışırlar. Qadınlar özlərindən ağır yükləri daşımaq üçün bəzən hətta 10 avroya da razılaşmalı olur. Ən yüksək məbləğ isə 25 avrodur.

Bu olduqca böyük gəlir əldə edən tacirlər üçün çox yaxşı hazırlanmış bir ticarət sistemidir. Tacirlərdən biri vəziyyəti belə izah edir: "Mərakeş dövləti qadınlara pul vermir? Nə etsinlər, gedib fahişəlik etməlidirlər? Yox, buraya gəlib pul qazanır və uşaqlarını saxlayırlar".

Bir neçə həftə əvvəl qarşıqlıq zamanı qadınlardan biri yükün altında qalaraq həlak olub. Bundan sonra İspaniya rəsmiləri ticarətə yeni qayda tətbiq edərək qadınların əl arabasından istifadəsini istəyib. Lakin əksər qadınlar bunun işlərini daha da çətinləşdirdiyini bildirir. 

İspaniya gündə 4 min keçidə icazə verir. Gec qalanlar isə gecəni İspaniya tərəfində keçirməyə məcbur olur. 

Aydın