Foto 09:51 11.10.2019

Qadınların bu şəkilləri 40 il sonra İranda çəkildi (FOTOLAR)

Dünən paytaxt Tehranda 100 min nəfərlik "Azadi” stadionunda İran ilə Kambociya arasında oynanılan qarşılaşmada 4600 qadın azarkeş tribunalarda yer alıb. 

Qaynarinfo xəbər verir ki, 1979-ci il inqilabından az sonra qadağan olunmasından bu yana İranda qadınların stadionlara girməsinə ilk dəfə izn verilib. 

Kişi geyimində stadiona girməyə çalışdığına görə həbs edilən "Mavi qız” ləqəbli Səhər Xudayarinin etiraz edib özünü yandırmasından sonra iranlı qadınlar 40 il sonra futbolu stadionda izləyə biliblər. 

İran və FIFA arasında böhrana səbəb olan qadın azarkeşlərin futbol oyunlarını izləmə qadağası nəhayət həllini tapıb. 

Maraqlı fotoları təqdim edirik.

Alpər