Dünya 12:29 16.06.2018

"Qaemi" Yaponiyanı ələ keçirdi: 50 ilin ən böyük yağıntısı..

Yaponiyada müşahidə edilən "Qaemi" qasırğası özü ilə böyük miqdarda yağıntı gətirib.

Qaynarinfo xəbər Mainichi Shimbun-a istinadən xəbər verir ki, Okivana prefekturasının İheya və İzena ərazilərində son 48 saat ərzində 400 millimetr yağış düşüb. Bu, 50 ildə sadəcə 1 dəfə müşahidə edilə bilən rəqəmdir. 

"Qaemi" axşam saatlarında Okinavanın əsas adasına çatacaq və Kaqoşima prefekturasına doğru irəliləyəcək. 

Əhaliyə sürüşmələr və digər təbii fəlakətlər barədə xəbərdarlıq edilib. 

Gülşən