Dünya 10:00 16.11.2017

"Qalatasaray" Arda üçün sponsor tapdı

"Qalatasaray" başqanı Dursun Özbək komandanın forma sponsoru NEF-in İcraiyyə Komitəsinin rəhbəri Erden Timur ilə bir araya gəlib.

Fanat.Az xəbər verir ki, təxminən 2,5 saat davam edən söhbətdə Arda Turan transferi mövzusunda xeyli müzakirələr olub. "Qalatasaray" rəhbəri sponsor dəstəyini aldıqdan sona Arda ilə görüşmələrə diqqət yönəldib. "Sarı-qırmızılar" aldıqla maddi qaynaq ilə "Barselona"nın futbolçusunu transfer etmək niyyətindədi.  Yaxın günlərdə klub rəhbərliyinin Arda ilə təmasa keçəcəyi gözlənilir. 

"Qalatasaray"la NEF arasındakı forma müqaviləsi 206-cı ilin avqustunda imzalanıb. Hər iki tərəf 1+1+1 il müddətinə Türkiyə Superliqası, ölkə kuboku və superkubok oyunlarında sinə reklamı üçün anlaşma əldə etmişdi.

Fanat.Az