İdman 09:32 13.03.2013

“Qalatasaray” Çempionlar Liqasında tarix yazdı (VİDEO, FOTO)


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Türkiyənin “Qalatasaray” klubu səfərdə Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb. Bu komandalar arasında Türkiyədə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.

“Qalatasaray” səfərdə inamlı oyun göstərib və 3:2 hesabı ilə qalib gəlib. Bu hesab “sarı-qırmızılı” klubu Avropanın ən nüfuzlu klub çempionatının ¼ final mərhələsinə çıxarıb.

“Qalatasaray”ın növbəti rəqibi püşkatma nəticəsində məlum olacaq /ANS Press/

S2-3G www.fasthighlights.com by fasthighlights-2012