İdman 14:18 26.01.2014

Qalatasaray hollandiyalı ulduzu transfer edir

Hollandiya mətbuatının iddiasına görə, Qalatasaray Everton klubunun 31 yaşındakı müdafiəçisi John Heitinganı satış hüququ ilə birlikdə icarəyə götürüb.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müdafiə xəttini möhkəmlətmək istəyən Qalatasarayın Evertonda oynayan hollandiyalı stoper John Heitinga ilə razılaşma əldə etdiyi bildirilir.

Evertonun ispaniyalı baş məşqçisi Roberto Martinez J.Heitingaya İtaliyadan və Türkiyədən iki klubun təklif göndərdiyini açıqlayıb.

Oyunçunun menajeri Rob Jansen Voetbal transferin hələ yekunlaşmadığını bildirib: "Hazırda onunla maraqlanan çox sayda klub var. Onun transferi önümüzdəki həftə ərzində reallaşa bilər".//Musavat.com