İdman 15:20 17.10.2018

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını transfer edir

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə elçi düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə sporx.com saytı məlumat yayıb. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm çıxış etdiyi "Ərzurumspor"da maaşını ala bilmir və qış fasiləsində komandanı tərk etmək istəyir.

İddia olunur ki, "Qalatasaray"la 30 yaşlı qolkiperlə danışıqlara başlayacaq. İstanbul təmsilçisi ondan ikinci qapıçı kimi yararlanmaq istəyir. Komandanın əsas qapıçısı isə Uruqvay millisinin üzvü Fernando Musleradı.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, bu müddətdə 166 rəsmi oyun keçirib.