İdman 09:36 25.05.2013

“Qalatasaray”ın prezidenti istefa verdi

Səsverməyə qədər kluba Əli Dürüst rəhbərlik edəcək


Türkiyənin “Qalatasaray” klubunun prezidenti Ünal Aysal istefa verib. Azerisport.az xəbər verir ki, buna klubun idarə heyətinin iyunun 22-də keçirəcəyi seçkilər səbəb olub.

Aysalın istefa verməsənin ardından bütün vəzifələrə yenidən seçimlər olacaq.

İstefasının ardından açıqlama verən Aysal qeyd edib ki, prosedurun düzgün getməsi üçün bu addımı atıb: "Mənim kimi bütün rəhbərlik istefa verib. İyunun 22-də yenidən seçkilər olacaq və yenidən namizədliyimi irəli sürəcəm".

Qeyd edək ki, səsverməyə qədər kluba Əli Dürüst rəhbərlik edəcək.

İdman24.az