Video 10:08 22.10.2017

Qalmaqallı iştirakçı "Maşın" şounu tərk etdi (VİDEO)

Ötən gün "Maşın” realiti şousundan ən qalmaqallı iştirakçı hesab olunan aparıcı Vüsalə Kərimova  gedib. 

"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, onu yarışmadan səsverməyə çıxan müğənni Talıb Tale  kənarlaşdırıb. 

Belə ki, proqramda 4 iştirakçı Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Müğənni tamaşaçılardan səs istəyərək hədəfinin Vüsalə Kərimova olduğunu açıqlayıb. 

"Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini- Elşad Xoseni vurdu, məni isə mənəvi cəhətdən yaraladı. Ona görə də hədəfim Vüsalə Kərimovadır”, - deyə T. Tale söyləyib.

O, tamaşaçılardan 63,67 faiz səs toplayaraq Kərimovanı verilişdən uzaqlaşdırıb.

Qaynarinfo.Az