Ölkə 18:13 29.12.2017

Qalmaqallı maddə məcəllədən çıxarıldı (FƏRMAN)

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, fərmana əsasən, İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsi ləğv edilib.

Qeyd edək ki, həmin maddə nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə inzibati məsuliyyəti nəzərdə tuturdu.