Sənət 11:23 02.11.2018

Qalmaqallı teatrdan daha bir aktrisa getdi

İrəvan Dövlət Azərbaycan Dram Teatrındı daha iki nəfər tərk edib.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, direktor İftixar Piriyevin işdən çıxardığı aktyorlarla bağlı keçirdiyi imzatoplama kampaniyasında iştirak etməkdən boyun qaçıran rejissor assistenti Tural Xəlilzadə və aktrisa Şəbnəm Cəbrayılova işdən çıxmaqla bağlı ərizə yazıb. Hər iki şəxsin ərizəsi İ.Piriyev tərəfindən qəbul edilib.

Qeyd edək ki, sözügedən teatrda kollektivin bir qrupu ilə İ.Piriyev arasında illərdir münaqişə yaşanmaqdadır.