Sağlamlıq 11:00 27.08.2018

Alimlərlərdən yeni kəşf: qan qrupunu dəyişməyin metodu tapıldı

British Columbia Universitetinin alimləri A, B və AB qan qruplarını 0 Rh(-) qan qrupuna çevirmək üçün metod kəşf ediblər.

Qaynarinfo xəbər verir ki, tədqiqatı həyata keçirən qrupun üzvlərindən olan Stefen Vithers bildirib ki, A, B və AB qan qruplarında immunitet tərəfindən tanınan fərqli şəkər molekulları var, lakin 0 Rh(-) qan qrupunda belə molekul yoxdur. 1980-ci illərdən bəri şəkər molekulları üçün "qayçı" funskiyasını yerinə yetirən metod üzərində işlənilir və insan bağırsağındakı bakteriyalardan belə bir metod hazırlanıb. Tədqiqat zamanı 20 min nəcis üzərində iş aparılıb və qan qruplarındakı şəkəri yox edən ferment sinfi aşkarlanıb. 

Metodun tətbiq edilməsi üçün təhlükəsizlik testləri həyata keçiriləcək.

Gülşən