Video 17:49 28.12.2018

Qapıçı öz qapısına kuryoz qol vurdu (VİDEO)

İtaliyanın B seriyasının son turunda "Askoli” və "Palermo”  klubları arasında keçən matçda "Askoli”nin qapıçısı Filippo Perrukini mövsümün ən kuryoz avtoqollarından birini vurub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, müdafiəçi topu qapıçıya ötürdükdən sonra Perrukini topu uzaqlaşdırmaq əvəzinə, pressinq edən "Palermo”lu oyunçunu aldatmağa çalışıb.

Ancaq vəziyyət nəzarətdən çıxıb. Yöndəmsiz hərəkəti ilə topu öz qapısına göndərib. Matçda "Palermo” 3:0 hesabı ilə qələbə qazanıb.