Dünya 21:37 10.02.2013

Qapını rəqibinin üzünə qapatdı (VİDEO)

Sergey Udaltsov ev dustağı olacaq

Rusiya müxalifətinin liderlərindən olan Sergey Udaltsov barəsində məhkəmə ev dustaqlığı hökmü çıxarıb. Sol cəbhə hərəkatının koordinatoru olan Udaltsov kütləvi ixtişaşlarda iştirak etməkdə, Bolotni meydanında asayiş keşikçilərinə zor tətbiq etməkdə və Rusiya ərazisində kütləvi qarşıdurmalar təşkil etməkdə ittiham olunur. 

Məhkəmənin çıxardığı hökmə əsasən, Udaltsov 6 aprel 2013-cü il tarixinə kimi hazırda yaşadığı mənzilində ev dustağı olacaq. Belə şəraitdə ona müstəntiqin icazəsi olmadan evi tərk etmək, qohumları, vəkilləri və müstəntiqlərdən başqa heç kimlə danışmaq, o cümlədən, internet və poçtla ünsiyyət qurmaq qadağan edilib./ans.tv/