Foto 17:17 29.06.2018

"Qaqarin" körpüsü hər an uça bilər (FOTOLAR)

Paytaxt sakini Emin Abuşov Bakının məşhur Cavanşir körpüsünün (keçmiş Qaqarin) qəzalı vəziyyəti ilə bağlı həyəcan təbili çalıb.
 
Qaynarinfo xəbər verir ki, azxeber.com-un redaksiyasına müraciət edən vətəndaş bildirib ki, şəxsi işi ilə bağlı həmin ərazidə olub və qarşılaşdığı mənzərə onu dəhşətə gətirib: "Bu gün saat 3-də "Port Baku”da görüşüm var idi. Avtomobilimi indiki Cavanşir (köhnə Qaqarin) körpüsünün yaxınlığındakı dayanacaqda saxladım. Körpünün altından piyada keçirdim ki, şəkildə gördüyünüz mənzərənin şahidi oldum".
 
Vətəndaş bildirib ki, həmin körpü qəzalı vəziyyətdədir: "Körpünün beton hissələrində böyük uçuqlar, çatlar var. Hər gün minlərlə avtomobil bu körpünün üzərindən keçir. Hesab edirəm ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirməli və insanların həyatı üçün real təhlükə sayılan bu vəziyyəti aradan qaldırmalıdır”.
 
Vətəndaşın hadisə yerindən çəkdiyi fotoları təqdim edirik: