Dünya 18:33 06.09.2019

10 ilə Qara dəliyin şəklini çəkib 3 milyon qazandılar (FOTO)

Tarixdə ilk dəfə qara dəliyin fotosunu çəkməyə müvəffəq olan "Event Horizon Telescope Collaboration" komandası 2020-ci il "Fundamental Fizika üzrə Nailliyyət Mükafatı"na və 3 milyon dollar pula layiq görülüb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, pul mükafatı komandanın 20 ölkədən olan 347 üzvü arasında bölünəcək və hər bir şəxsə 8500 dollar ödəniləcək. 

Mükafat fotonu çəkmək üçün 10 ildən çox çalışan mütəxəssislərə 3 noyabrda baş tutacaq tədbirdə təqdim ediləcək.

Xatırladaq ki, 53 milyon işıq ili məsafəsindəki Virgo ulduzundakı "Messier 87" qalaktikasında yerləşən qara dəliyin fotosu aprel ayında yayımlanıb.

Qeyd edək ki, Nailiyyət Mükafatı elmin "Oskar"ı hesab edilir və fundamental fizika, təbiət elmləri və riyaziyyat üzrə verilir.

Gülşən