Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna mənbələrinin Qara dənizdə Rusiya gəmisinin vurulduğu iddiası ilə bağlı məlumatı şərh etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat
yayıb.
"Xeyr, bizdə belə bir məlumat yoxdur”, - o, müvafiq suala cavab verib.
Gazeta.ru-nun məlumatına görə, donanmanın flaqmanı "Admiral Makarov” nəzərdə tutulur.
Bu arada daha bir hadisə daha əvvəl mediada işıqlandırılıb. CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ Rusiya Qara Dəniz Donanmasının flaqmanı, batdığı bilinən "Moskva” kreyserinin yeri barədə Ukraynaya kəşfiyyat məlumatı təqdim edib. Telekanalın məlumatına görə, ABŞ Kiyevin bu məlumatdan necə istifadə edəcəyini dəqiq bilməyib. Pentaqonun sözçüsü Con Kirbi mətbuata məlumatı təsdiqləməyib.
Alpər
Şərhlər