İdman 10:57 10.08.2019

“Qarabağ” 3 futbolçu transfer edir

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ” heyətinə yeni futbolçlar cəlb etmək üçün fəal çalışmaları davam etdirir.

Qaynarinfo qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu ən azı iki əcnəbi oyunçu - qapıçı və mərkəz yarımmüdafiəçisi almaq istəyir. Bundan başqa, bir mərkəz müdafiəçisinin transfer ediləcəyi də gündəmdədir.

Xatırladaq ki, bu yay "Qarabağ” Xayme Romero ("Kordoba", İspaniya), Ailton Silva ("Ştutqart", Almaniya: icarəyə), Rerrars Faysal ("Bezye", Fransa) və Maqaye Qeyeni ("Osmanlıspor", Türkiyə) heyətinə cəlb edib.

Hazırda Qurban Qurbanovun komandası Çempionlar Liqasının III təsnifat mərhələsində yarışır.