Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib.
 
Qaynarinfo xəbər verir ki, ilk günündə yalnız bir qarşılaşma keçirilib.

Günün yeganə matçı Gəncədə baş tutub. Çempionatın lideri "Qarabağ” səfərdə "Kəpəz”lə görüşüb. Son 14 matçda uduzmayan Qurban Qurbanovun yetirmələri ardıcıl 5-ci çempionluğa gedən yolda növbəti qələbəsini qazanaraq məğlubiyyətsizlik seriyasını 15-ə çatdırıb. Cari mövsüm rəqibinə xal verməyən "Qarabağ” bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bununla da "Kəpəz"in qələbəsiz oyunlar seriyası 5 oyuna çatıb. Gəncə klubu ardıcılı 7-ci matçda uduzduğu "Qarabağ"a artıq 24 oyundu qalib gələbilmir.

Qeyd edək ki, sabah "Sumqayıt” "Keşlə”ni, "Zirə” "Neftçi”ni, "Qəbələ” "Səbail”lə qarşılaşacaq.
 
Premyer Liqa
2017/18 mövsümü
IV dövrə, XXIII tur

14 aprel
16.00 Kəpəz - Qarabağ 0:1
Qol: Ramil Şeydayev, 23.

 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

23

17

5

1

33:8

56

2

Qəbələ

22

12

5

5

36:22

41

3

Sumqayıt

22

10

6

6

29:24

36

4

Zirə

22

9

8

5

29:21

35

5

Neftçi

22

9

4

9

28:24

31

6

Səbail

22

5

3

14

14:31

18

7

Keşlə

22

4

6

12

19:34

18

8

Kəpəz

23

3

3

17

14:38

12

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.