Video 22:53 23.09.2018

"Qarabağ" 4 qol vurub qələbə qazandı (VİDEO)

Topaz Premyer Liqada V tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçirilib.

Keçirdiyi 4 oyunda yalnız bir xal toplaya bilən "Keşlə" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Hesabı ilk yarıda meydan sahibləri açsa da, ikinci hissədə iki qol vuran "Sumqayıt" 3 xalı aktivinə yazıb. 

Bu komandalar arasında çempionatdakı 25-ci qarşılaşma olub. Bunlardan 12-də "Keşlə", 6-da isə "Sumqayıt" qələbə qazanıb. 7 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 37:24. "Gənclik şəhəri" təmsilçisi ardıcıl 5 çempionat oyununda rəqibinə məğlub olmayıb. "Keşlə" isə "Sumqayıt"a qarşı keçirdiyi son 4 matçda xal qazana bilməyib. Paytaxt klubu həmçinin Premyer Liqada ardıcıl 14 görüşdə meydanı qolsuz tərk etməyib.

Tura mərkəzi görüş hesab olunan "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulub. Oyunda 5 qol vurulub və "Qarabağ" 4:1 hesablı qələbə qazanıb. 

Bu komandalar Premyer Liqada 39-cu dəfə qarşılaşıblar. Bunlardan 19-da Ağdam təmsilçisi 10-da isə "Qəbələ" meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də son ölkə çempionu üstündü - 53:37. "Qarabağ" rəqibinə qarşı keçirdiyi 7 ev oyununun heç birində uduzmayıb.  

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib, "Səbail" - "Sabah" matçında hesab açılmayıb.
 
I dövrə, V tur
23 sentyabr

Keşlə - Sumqayıt 1:2
Qollar: Slavik Alxasov, 44 - Cavid Tağıyev, 47. Əfran İsmayılov, 67.
Qırmızı vərəqə: Andre Klennon, 90+2.


Qarabağ - Qəbələ 4:1
Qollar: Abdullah Zubir, 30; 72. Araz Abdullayev, 45+1. Con Delarj, 61 - Rasim Ramaldanov, 90.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

5

4

1

0

9:3

13

2

Qarabağ

4

3

1

0

8:2

10

3

Sabah

5

3

1

1

5:4

10

4

Sumqayıt

5

2

1

2

7:6

7

5

Səbail

5

2

1

2

5:6

7

6

Qəbələ

5

1

1

3

6:8

4

7

Keşlə

5

0

1

4

4:9

1

8

Zirə

4

0

1

3

3:9

1

Bombardirlər

Marko Deviç (Sabah) - 5.