İdman 22:21 13.08.2019

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qaynarinfo xəbər verir ki, "Qarabağ” cavab oyununa doğma meydanda çıxıb və Cənubi Kiprin APOEL klubu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan Azərbaycan çempionuna istənilən hesablı heç-heçə və qələbə, həmçinin 0:1 hesablı məğlubiyyət də sərf edirdi. Amma hər hissədə bir qol vuran APOEL mərhələ adlayan tərəf olub. 

Beləliklə, "Qarabağ" Çempionlar Liqasını tərk edib və mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək. Rəqib bu gün keçiriləcək "Linfild” (Şimali İrlandiya) – "Sutyeska” (Monteneqro) cütünün qalibi olacaq. Bu komandaların ilk duelində "Linfild” səfərdə qələbə qazanıb – 2:1.

APOEL isə Çempionlar Liqasının "pley-off"unda "Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

13 avqust
Qarabağ (Azərbaycan) - APOEL (Cənubi Kipr) 0:2
Qollar: Tomas De Vinsenti, 34. Uroş Matiç, 68.
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva (7. Araz Abdullayev, 87), 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev (10. Dani Kintana, 73), 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir (99. Maqaye Qeye, 80), 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç (8. Lukas Souza, 73), 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç. 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal.
Baş məşqçi: Tomas Doll.
Sarı vərəqələr: Rahil Məmmədov, 64. Riçard Almeyda, 90+1 - Tomas De Vinsenti, 31. Musa Süleyman, 90+1.
Qırmızı vərəqə: Riçard Almeyda, 90+4.
Hakimlər: Daniel Sibert, Yan Seydel və Lasse Kozlovski, Martin Petersen (Almaniya).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.