İdman 09:18 10.08.2019

“Qarabağ” – APOEL oyununun hakimi açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək  "Qarabağ” - APOEL oyununun hakimləri açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı almaniyalı referilər idarə edəcək.

Daniel Sibert baş hakim, Yan Seydel və Lasse Kozlovski yan xətt hakimləri, Martin Petersen dördüncü hakim olacaq. Yorn Vest Larsen (Danimarka) görüşün hakim-inspektoru, Velid İmamoviç (Bosniya və Herseqovina) UEFA nümayəndəsi təyin edilib.

Qeyd edək ki, avqustun 6-dakı ilk matçda "Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.