İdman 21:20 07.04.2018

"Qarabağ" avrokuboklara vəsiqə qazandı

"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib. 

Qaynarinfo xəbər verir ki, bu XXII turun "Səbail"lə oyunundan sonra baş verib.

1:0 hesablı qələbə qazanan "Qarabağ" ilk "üçlük"dəki yerini təmin edib və sona 6 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. Ağdam klubu avrokuboklara vəsiqə ilə yanaşı, ən azı bürünc medalı təmin edib.

Əvəzində "Neftçi" çempionluq şansını rəsmən itirib. "Qarabağ"dan 23 xal geri qalan "ağ-qaralar"ın artıq nəzəri çempionluq şansları da qalmayıb. "Qarabağ"a nəzəri cəhətdən çatmaq şansı olan komandalar "Qəbələ", "Sumqayıt" və "Zirə"di.