İdman 01:55 14.12.2018

"Qarabağ" Londonda "Arsenal"a uduzdu

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” avrokubok mövsümündə son oyununu keçirib.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə "Arsenal”ı ilə üz-üzə gəlib. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşıyıb. 1/16 final şansını itirən "Qarabağ” isə sonuncu olmamaq üçün səfərdən xalla dönməli idi. Lakin təmsilçimiz bunu bacarmayıb və 0:1 hesabı ilə yenilib.

Qrupun digər oyununda isə Portuqaliya "Sportinq"i Ukraynanın "Vorskla" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 16 xalı olan "Arsenal" qrupu lider, "Sportinq" 2-ci pillənin sahibi kimi başa vurub. "Vorskla" ilə eyni xala (3) sahib olan "Qarabağ" isə top fərqinə görə rəqibindən geri qalıb.
 
Avropa Liqası
Qrup mərhələsi
VI tur, 13 dekabr

E qrupu
Arsenal (İngiltərə) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Aleksandr Lakazet, 17.
Arsenal: 26. Emiliano Martinez, 4. Mohamed Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni (k) (18. Naço Monreal, 72), 9. Aleksandr Lakazet (47. Zekarya Medle, 63), 10. Mesut Özil (43. Şarli Jilmor, 83), 15. Eynsli Maytland-Nils, 25. Karl Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka.
Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 29. Matteo Genduzi, 72. Tires Con-Cules.
Baş məşqçi: Unay Emeri.
Qarabağ: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel (9. Araz Abdullayev, 61), 11. Mahir Mədətov (10. Dani Kintana, 75), 14. Rəşad Sadıqov (k), 17. Abdellah Zubir, 52. Yakub Jezniçak (7. Filip Ozobiç, 85), 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqə: Qara Qarayev, 82.
Hakimlər: Yens Qrabski Maae, Lars Hummelqaard, Heyne Sorensen, Yesper Dal (Danimarka).
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (Danimarka).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya).
London. "Arsenal” stadionu.
 

1

Arsenal

6

5

1

0

12:2

16

2

Sportinq

6

4

1

1

13:3

13

3

Vorskla

6

1

0

5

4:13

3

4

Qarabağ

6

1

0

5

2:13

3