İdman 09:30 09.08.2013

“Qarabağ” Avropaya meydan oxudu - VİDEO


Ötən gecə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qaynar.info xəbər verir ki, Azərbaycanın Avropadakı yeganə təmsilçisi “Qarabağ” İsveçdə meydana çıxıb.

Təmsilçimizin rəqibi “Gefle” klubu olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan təmsilçimiz səfərdə də rəqibindən üstün olub. Hesabı 41-ci dəqiqədə Çumbinyo açıb. “Qarabağ”ın yeni transferi Maksim Medvedevin əla ötürməsini dəqiq baş zərbəsi ilə tora qovuşdurub. İkinci qolu isə Reynaldo vurub. Braziliyalı öncə üç müdafiəçini, ardından qapıçını da aldadaraq möhtəşəm qola imza atıb. Bununla da “Qarabağ” 2:0 hesablı qələbə qazanaraq “play-off” mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, “Qarabağ” cari mövsümdə Avropa Liqasında 6 oyun keçirib və məğlubiyyət üzü görməyib. “Metallurq” (Makedeniya, hər iki oyunda 1:0) və “Gefle”ni (İsveç, 1:0, 2:0) hər iki oyunda yenən Qurban Qurbanovun yetirmələri “Piast”a evdə (2:1) qalib gəlib, Polşada heç-heçə oynayıb (2:2).

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu


8 avqust

Gefle (İsveç) – Qarabağ (Azərbaycan) 0:2
Qollar: Çumbinyo, 41. Reynaldo, 50.

Qaynar.info